​Ramazan ayının 25-ci gecəsində 1,5 milyondan çox müsəlman Kəbədə namaz qıldı

Ramazan ayının 25-ci gecəsində 1,5 milyondan çox müsəlman Kəbədə namaz qılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmiləri açıqlama verib. Səudiyyə Ərəbistanının Haremeyn İşləri Rəhbərliyi sosial media hesabında qeyd edib ki, Kəbənin də yer aldığı Məkkədəki Məscidül-Həram Ramazan ayının 25-ci gecəsində 1,5 milyondan çox müsəlmanı qəbul edib. Yerli media həmçinin qeyd edib ki, bu, Ramazan ayının əvvəlindən bəri Məscidül-Həramda qeydə alınan ən yüksək rəqəmdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün hər kəsin Ramazan ayında yalnız bir dəfə ümrə edə biləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR