Rövşanə efirdə bu dəfə Nagehanla mübahisə etdi:

Aparıcı Rövşanə Ağasəfqızı ilə verilişinə çağırdığı bloqçu Nagehan Abdullayeva arasında mübahisə yaşanıb.

Metbuat.az xəbər verir ki, Rövşanə aparıcısı olduğu “Space səhər” proqramında qonağı Nagehanı sualları ilə özündən çıxarıb.

Nagehanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. "İnstagram"da türk gəlin görməmişəm" sözlərinə aparıcı "Hamı özünü ərə getməklə məşhur etmir" cavab verib.

Rövşanənin bu sözlərinə Nagehan "Xahiş edirəm, sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə toxunursunuz?" cavabını verib.

Qeyd edək ki, bundan öncə aparıcı Rövşanə proqramına gecikən Əməkdar artist İlkin Əhmədovu efirə buraxmamış, onu tənqid etmişdi. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR