Ermənistanda polkovnik həsb edildi -

Ermənistan ordusunun 44 günlük müharibədə iştirak etməmək üçün özünü xəstə kimi təqdim edən polkovnik həbs edilib.

Metbuat.az Erməni KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan polkovnik 2020-ci ildə 10 oktyabr-2 noyabr aralığında səhhətində problem olduğunu bildirərək xəstəxanada yatıb.

Ermənistanın Baş Hərbi İstintaq İdarəsinin araşdırmasına əsasən həmin müddətdə polkovnikin ciddi xəstəliyinin olmayıb. O, 23 gün müddətində müharibədən yayınmaq üçün xəstəxanada qalıb.

Qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR