"Ukraynada müharibə 2024-cü ilə qədər davam edə bilər" -

"Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə 2023-cü ildə bitməyəcək".

Metbuat.az xəbər verir ki, bu fikirləri Britaniyanın müdafiə naziri Ben Uolles "NYT"yə şərhində deyib. London inanır ki, Kiyev qarşıdakı iki il ərzində güclü dəstəyə malik olacaq.

Uolles qeyd edib ki, mövcud vəziyyətə baxmayaraq Moskvanın planlarına təslim olacağına ümid etməmək lazımdır.

“Hesab edirəm ki, biz realist olmalıyıq, Rusiyanın dağıldığı gün olmayacaq”, - Uolles əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR