12 mart tarixindəki buraxılış imtahanında 4 nəfər yüksək bal topladı -

Xəbər verdiyimiz kimi, 12 mart tarixində keçirilmiş buraxılış imtahanı nəticələri elan olunub.

Metbuat.az xəbər verir ki, imtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.

İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR