​ "Qalatasaray" İkardini Naranın əlindən "aldı"

"Qalatasaray" argentinalı hücumçu Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “Radio France” məlumat verib. Bildirilir ki, detallar barədə məlumat olmasa da “Qalatasaray” bir sıra klubların transfer etmək istədiyi İkardini klubda saxlayıb.

Qeyd edək ki, hazırda bazar dəyəri 18 milyon avro olan İkardi açıqlamasında "Qalatasaray"da qalmaq istədiyini bildirmişdi. Onun meneceri və sevgilisi Vanda Nara isə İkardinin “Milan” klubuna transfer olmasını istəyir. İcarə əsasəndə “Qalatasaray”da oynayan İkardinin məvacibi 6 milyon 750 min avrodur. Onun 6 milyon avrosunu PSJ ödəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR