AZAL-dan möhtəşəm aksiya:

“Azərbaycan Hava Yolları” (AZAL) Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25 faiz güzəşt təqdim edir.

Metbuat.az xəbər verir ki, bu barədə AZAL-dan məlumata verilib. Bildirilib ki, endirimli aviabiletləri aprelin 21-dən 24-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə cari ilin mayın 3-31-i daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.

Belə ki, AZAL-ın Bakıdan bu şəhərlər - London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər) üzrə uçuşlarına 25 faiz güzəşt tətbiq edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə “Çağrı mərkəzi”nə müraciət edərək əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR