​Peşəkar qazaxıstanlı həkim Azərbaycanda öz sahəsinin ən yaxşısı seçildi

İnsan həyatı həkimlik peşəsinin ən önəmli predmeti olduğu üçün hər zaman müqəddəs hesab olunub. Peşəsini mükəmməl bilən, insanların sağlamlığının keşiyində duran həkimlərə hər zaman ehtiyac duyulub. Bu adı daşımaq həm məsuliyyətli, həm də şərəflidir.

Müasir dünya standartları öz peşəsində uğurla tətbiq edən Qazaxıstanın peşəkar həkimlərindən biri də Victoria Igoninadır.

Tibbi yenilikləri praktikada uğurla tətbiq edən həkim illərin təcrübəsinə malik ginekoloq, reproduktiv-endokrinoloq, androloq və “Om klinika”sının təsisçidir. Müasir avadanlıqlar və texnologiyalarla təchiz olunmuş dünya standartlarına cavab verən klinikada Viktoriya xanım peşəkar komandası ilə birlikdə sonsuzluğun müalicəsi ilə bağlı tibbin son yenilikləri tətbiq edərək minlərlə ailəyə valideyn olmaq sevincini bəxş edir. O, təkcə Qazaxıstanda deyil, eyni zamanda Rusiyada da tələblı həkimlər sırasındadır. Rusiya Reproduktiv Tibb Assosiasiyasının üzvü olan peşəkar həkim Rusiyada təşkil olunan elmi konfranslarda məruzəçi kimi çıxış edib.

Düzgün diaqnoz və müayinələri ilə adından söz etdirən Viktoria İgonina, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR