Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

Azərbaycanın NATO-dakı səfiri NATO Baş Katibinin xüsusi nümayəndəsi ilə görüşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın NATO Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə tviterdə yazıb.

“NATO Baş Katibinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi xanım İrene Fellin ilə gözəl görüşümüz baş tutdu. Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) mözsunun gündəliyində dayanan məsələləri, eləcə də bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”.

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR