Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır

Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xətləri qırılıb, rayon mərkəzi də daxil olmaqla, bir neçə kənd işıqsız qalıb.

Həmçinin güclü külək onlarla ağacı aşırıb. Külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib.

Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır. Cəlilabad şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata görə, insan tələfatı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR