Tanınmış müğənninin atası taksi sürücüsü imiş -

Son dönəmlər sosial şəbəkələrin ən tanınmış ifaçılarından birinə çevrilən Pünhan Piriyev Zaur Kamalın verlişinin qonağı olub.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, gənc ifaçı müğənniliyə başlamazdan əvvəl ailəsinin çox kasıbçılıq içində yaşadığını qeyd edib:

"Çox kasıbçılıq içində yaşamışam. Şükür Alaahın bu gününə. Deyim ki, indi pulum çoxdur, yox, normal, stabildir. Elə vaxtlarım olum ki, dostlarım paltarın geyinib məclisə getmişəm. Bugünki gündə də bunu utanmadan, çəkinmədən deyirəm.

Ailədə 4 uşağıq, 3 bacının bir qardaşıyam. Atam taksi sürücüsü işləyib. İndi Allah mənə bir yol, bir qapı açdı. Daha qoymuram işləsin. Atam biraz da nasazdır. İndi ailənin yükü mənim çiynimdədir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR