“Peyğəmbərlə görüşmək üçün ac qalın” dedilər -

Keniyada aclıqdan ölmələri halında “İsa peyğəmbərlə görüşəcəkləri” vədi ilə insanları aldadan təriqətlə bağlı araşdırmalar davam edir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, təriqətin vədinə inanaraq acından ölənlərin sayı artıb. Məlumata görə, sahilyanı Malindi şəhəri yaxınlığındakı Şakahola meşəsində davam edən qazıntılar zamanı daha 11 nəfərin cəsədinin tapıldığı və itkilərin sayının 58-ə yüksəldiyi qeyd edilib.

Hadisə yerinə cəlb edilən polislər, indiyədək 29 nəfərin xilas edildiyini və axtarışların davam etdiyini bildirib. Keniya Qırmızı Xaç Cəmiyyəti bölgədə 112 nəfərin itkin düşdüyünü açıqlayıb. Məlumata görə, insanların aldadılması ilə bağlı polis bir şübhəlini saxlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR