İsa peyğəmbərlə görüş vəd edən təriqət lideri min nəfərin öldüyünü açıqladı

Keniyanın Malindi qəsəbəsində tərəfdarlarına acındadan öləcəkləri təqdirdə İsa peyğəmbərə qovuşacaqlarını vəd edərək onları ölümə sürükləyən təriqət lideri azı min nəfərin öldüyünü irəli sürüb.

Metbuat.az “The Star” qəzetinə istinadən xəbər verir ki, təriqətin lideri Makkenzie Nthenge polisə İsa peyğəmbərlə görüşə gedən azı 1000 nəfəri tapacaqlarını deyib. Məlumata görə, Malindidəki kilsə yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayı 73-ə çatıb. 112 nəfərin hələ də itkin düşdüyü və cəsədlərin sayının arta biləcəyi bildirilib. Məsələ ilə bağlı danışan Keniya prezidenti Vilyam Ruto təriqətdə yaşananların "terrordan fərqli olmadığını" ifadə edib.

"Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Makkenzie kimi insanlar də belə edirlər. Bu tip insanların, digər terrorçuların və cinayətkarların dini yoxdur. Mənsub olduqları yer həbsdir, orada olmalıdırlar", - Ruto deyib. dedi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR