“Ermənistanın mina terroru başqa vasitələrlə müharibənin davamıdır”

“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru başqa vasitələrlə müharibənin davamıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 28-də Tərtər rayonunda mina partlayışına münasibət bildirərkən bəyan edib.

“Dünən üç humanitar minatəmizləmə operatoru Ermənistanın əkdiyi gizli ölüm toxumlarının qurbanı olub”, - deyə H.Hacıyev bildirib və həlak olan şəxslərin xidməti avtomobilinin qalıqlarının fotosunu özünün “Twitter” hesabında paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı