Sabah bu saatlarda Bakıya yağış yağacaq - HAVA

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, saat 09:00-12:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər tezdən gözlənilən duman tədricən seyrələcək.Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-15:00 radələrində:

Hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 25-29° isti olacaq.

Saat 15:00-18:00 radələrində:

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18:00 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s, saat 18:00 radələrində şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu 29°-dək isti, saat 18:00 radələrində 22°-yə yaxın olacaq.

Saat 18:00-21:00 radələrində:

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi 9-14 m/s, saat 20:00-21:00 radələrində arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Saat 21:00-24:00 radələrində:

Hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-24:00 radələrindən yağışın başlanması gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu 15-17° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR