Bu bürclərin sevgidə bəxti gətirmir - Ən şanssız bürclər

Həyat hər kəsə səxavətli davranıb, eyni şansı hamıya vermir. Bu barədə astroloqlarında müəyyən proqnozları var.

Metbuat.az bəxtindən şikayətlənən üç bürc haqqında məlumatı təqdim edir:

Siyahının əvvəlində Əkizlər bürcü liderlik edir. Hər kəslə çox tez münasibət quran və asanlıqla dostluq edən Əkizlərin bir qismi evlilik həyatlarından narazı olurlar. Bəzi məsələlərdə kifayət qədər şanssız olan Əkizlər, eşq həyatında uğursuzluqlarla qarşılaşsalar da, doğru insanı tapacaqları təqdirdə xoşbəxtlərin xoşbəxti olurlar yazsaq səhv etmərik. Necə deyərlər ulduzlardan da yuxarıda Tanrı var.

Öz bəxtlərindən tez-tez şikayət edən Qızlar, bəzən eşq həyatlarında arzuladıqları yerlərdə ola bilmirlər. Bu səbəbdən Qızlar tez-tez Demet Akalının “Evli, mutlu, çocuklu” mahnısına uyğun “Taleyim qanlı bıçaqlı, ürəyim həmişə borclu” deyə mırıldanaraq, sevgisizlikdən şikayətlənirlər.

Saturn tərəfindən idarə olunan Oğlaqlar sevgi məsələlərində çox şanssızdırlar. Oğlaqlar tez-tez partnyorları tərəfindən aldadılsalar da, bunun fərqinə varmaq üçün vaxt lazım olur.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı