7 yaşlı Fəridin anası: "Uşaq qorxusundan danışmayaraq..." - VİDEO

Məşq zamanı vəfat edən Fərid Bakarovun anası Aynurə Bakarova MTV-də yayımlanan "Ümid ilə gəl" verilişində hadisə barədə danışıb.

Metbuat.az xəbər verir ki, ana bildirib ki, 4 aydır ki, həmin müəllimin yanına məşqə gedibmiş:

"Mən heç vaxt uşağı məşqə tək buraxmamışam. Həmin gün müəllim özündə deyildi. Əsəbi halda mənə dedi ki, çıx çöldə gözlə, sən uşağı qız kimi böyüdürsən. Mən də uşağı pilləkanın altında gözlədim. Müəllimin aqressiv səsləri gələndə dözməyib içəri girdim. Gördüm ki, Fərid qorxudan altını isladıb. Mən tez uşağın şalvarını dəyişdim və digər uşaqlara da tapşırdım ki, ona gülməsinlər. Çünki Fərid çox mərd uşaqdır. Paltarı dəyişəndən sonra məni çölə çıxardı. Çölə çıxmamış uşağın niyə halsız olduğunu soruşdum. Mehman mənə "kross" qaçdıqları uçun Fəridin halsız olduğunu dedi. Sonra yenidən məni uşaq narahat olduğu üçün çağırdı. Fəridi görəndə uşağın normal olmadığını gördüm. Uşaq ət kimi idi. Mehman Fəridə "sənə heç nə olmayıb, sənə nə olub ki, deyirdi. Fərid də qorxusundan danışmayaraq əl hərəkətləri lə ona heç nə olmadığını dedi".

Həmçinin oxuyun: Məşqdə aldığı xəsarətdən vəfat edən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI

Fəridin xəstəxanada vəfat etdiyini deyən Aynurə xanım Mehman Xəlilovun təcili tibbi yardım maşını çağırmağa imkan vermədiyini bildirib: "Uşağı halsız vəziyyətdə evə gətirdim. Qəsəbədə yaşadığımız üçün təcili tibbi yardım çağırmadıq və taksi ilə xəstəxanaya aparmaq istədim. Çünki müəllimi dedi ki, uşağa heç nə olmayıb".

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı