Azərbaycanda aktyor vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Teatrdan bildirilib.

Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR