​Tanınmış MUAH Aslzoda İsaxocaeva Azərbaycanda seçilənlərdən oldu

Özbəkistanlı məşhur MUAH Aslzoda İsaxocaeva Azərbaycanda nüfuzlu mükafatlandırma mərasimində təltif olunub. Öz sahənin incəliklərini dərindən öyrənən MUAH müasir və ənənəvi üsulları birləşdirərək özünəməxsus tərz yaradıb.

Toy günü gözəlliyi ilə baxanları heyran edən özbək gəlinlərin əksəriyyəti onun əsəridir. İllərdir bu sahədə olan peşəkar MUAH həm də, işgüzar xanımdır. O, “Aslzoda Beauty & Bridal” gözəllik mərkəzinin təsisçisidir. Bu günə qədər 1000-dən çox gəlinin xoş gününü unudulmaz edən Aslzoda İsaxocaeva, öz sahəsində çoxsaylı tələbələr yetişdirib.

Öz ölkəsində və beynəlxalq aləmdə ustad dərsləri ilə adından söz etdirən uğurlu MUAH Aslzoda İsaxocaeva, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Professional MUAH of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı