Messi ilə bağlı gərginliyin əsl səbəbi bu imiş

Lionel Messi PSJ ilə müqaviləni artırmaq hüququnda istifadə etməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə NTV spor məlumat verib. Bildirilir ki, bu barədə PSJ rəhbərliyinə hələ bir ay məlumat verilib. Məlumata görə, Lionel Messinin ayrılma qərarını onun atası PSJ-yə bildirib.

Qeyd edək ki, iddialara görə, Lioenel Messi PSJ-dən icazə almadan Səudiyyə Ərəbistanına getdiyi üçün klub onu iki həftə cəzalandırıb. Lakin bununla bağlı başqa iddialar da var. Bildirilir ki, Messinin 2-3 günlük istirahət zamanı olduğu üçün o, klub rəhbərliyinə Səudiyyə Ərəbistanına gedəcəyini əvvəlcədən bildirib və PSG rəhbərliyi də buna razılıq verib. Oyunçu təyyarədə olduğu zaman isə rəhbərlik fikrini dəyişib və məşq təyin edib. Klub Messini dərhal məşqlərə qayıtmağa çağırıb. Bu isə klub tərəfindən oyunçuya qarşı hörmətsizlik deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı