Azərbaycan bu günədək Qarabağa nə qədər vəsait ayırıb?

Son 3 ildə Azərbaycan Qarabağda yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait sərf edib.

Metbuat.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində deyib. Maliyyə naziri öz çıxışında Azərbaycanın 30 ildən artıq işğal altında olan və 2020-ci ildə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən də bəhs edib. O, bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.

İşğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edən S.Şərifov yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib.

Son 3 ildə Azərbaycanın yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait sərf etdiyini qeyd edən nazir regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı