İranda zəlzələ olub

İranın Tehran vilayətində zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, 3.9 bal gücündə olan yeraltı təkanlar Tehran vilayətinin Malard şəhəri yaxınlığında 8 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Tehran və Kərəc şəhərlərində də hiss olunub.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı