Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi - FOTO

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Əliyev Firad Fuad oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək hüquq fakültəsinin ən nümunəvi məzunu adına layiq görülmüşdür. Firad Əliyev 2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi, prokurorun böyük köməkçisi, prokuror, böyük prokuror vəzifələrində qulluq keçmişdir. 2018-ci ildən hazırkı vəzifədədir.

Firad müəllimi redaksiyamız adından təbrik edir və gələcək fəaliyyətində uğurlar diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR