“Qarabağ”ın futbolçusu üçün mövsüm başa çatıb

“Qarabağ”ın futbolçusu Yassin Benzia üçün mövsüm başa çatıb.

Ağdam klubundan Metbuat.az-a verilən məlumata görə, əlcəzairli yarımmüdafiəçi yenidən zədələnib.

Tez-tez zədələnməsi ilə yadda qalan oyunçu ən yaxşı halda iki həftə sonra məşqlərə başlaya biləcək. 29 yaşlı pleymeyker Premyer Liqanın son üç turunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Yassin Benzia “Qarabağ”a qış fasiləsində Fransa klubu “Dijon”dan keçib. O, Ağdam klubunun heyətində çempionatda cəmi 3 oyunda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR