"Real" ulduz futbolçu ilə anlaşdı

"Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold "Real"la (İspaniya) anlaşıb.

Metbuat.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin agentləri Madrid klubu ilə müqavilənin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.

O, yayda azad agent olduqdan sonra "Real"la 5 illik müqaviləyə imza atacaq. Bu müqviləyə əsasən futbolçu bir mövsüm ərzində 15 milyon avro qazanacaq. T.Aleksander-Arnoldun "Liverpul"da illik qazancının 11 milyon avro olduğu bildirlir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı