Qrenlandiya Birləşmiş Ştatlara beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır, Vaşinqton onu əldə etməlidir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezeyə müsahibəsində söyləyib.
“Qrenlandiya bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır. O bizə lazımdır. Biz onu əldə etməliyik. Bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan bir adadır, xüsusilə indiki dünyada. Biz ona sahib olmalıyıq. Buna görə də mənə bu barədə danışmaq xoş olmasa da, biz onu əldə etməli olacağıq”, – dövlət başçısı deyib.