Belarusla oyuna satılan biletlərin sayı açıqlandı

Azərbaycan – Belarus yığmalarının yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

E.Məmmədli qeyd edib ki, 8900 azarkeş tutumuna malik “Bank Respublika Arena”da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı