PSJ-nin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transferi ilə bağlı planı məlum oub.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Messinin ilk seçimi “Barselona” klubudur. İddialara görə, Messi “Barselona” klubuna transfer ola bilməsə “Əl-Hilal” klubuna keçməyə razılıq verəcək. Əks halda Messi təklifi rədd edəcəyini deyib. Məlumata görə, Messi “Barselona”nın qərarını gözləyir. Məlumata görə, “Barselona” Messi üçün sponsorlar axtarışındadır.
Qeyd edək ki, “Əl-Hilal” klubunun Messiyə illik 400 milyon avro təklif etdiyi irəli sürülür.