Bakıda gecə vaxtı dəhşətli hadisə: Kirayə qaldıqları evdə... - VİDEO

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasov aralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevə xəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq davam edir.

Daha ətraflı "Baku" TV-nin videosunda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR