Polşa Kalininqradın adını dəyişdi

Polşa Respublikasının hüdudlarından kənarda coğrafi adların standartlaşdırılması komitəsi Rusiyanın Baltik dənizi sahilində yerləşən Kalininqrad şəhərinin adını Polşada “Krolewiec” kimi adlandırılması qərar verib.

Metbuat.az xəbər verir ki, komitədən verilən yazılı açıqlamada Kalininqradın rus adı olduğuna diqqət çəkilib.

"İnzibati vahidin adı Kalininqrad vilayətidir və Polşada Kalininqrad vilayəti adının istifadə edilməsi tövsiyə edilmir. Hal-hazırda rusca Kalininqrad adlandırılsa da, Polşada “Krolewiec kimi istifadə edilməlidir” – açıqlamada deyilir.

Bildirilib ki, Kalininqradın adının nə şəhər, nə də bölgə ilə əlaqəsi var. Bəyanatda hər bir ölkənin öz mədəni irsini təşkil edən ənənəvi adları öz dilində istifadə etmək hüququ olduğu vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı