Nüfuzlu mafiya qruplaşmasına qarşı Avropada əməliyyat keçirildi

İtaliyada polisin 7 müxtəlif bölgədə keçirdiyi reydlər zamanı ölkənin ən güclü mafiya qruplarından biri olan “Ndrangheta” qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 61 nəfəri saxlanılıb.

Metbuat.az xəbər verir ki, şübhəlilər saxtakarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hökumətə sızma və fermerlərdən pul tələb etməkdə ittiham olunurlar. Əməliyyatda 500-dən çox polisin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, “Ndrangheta” qruplaşmasına qarşı Avropanın bir sıra ölkələrində də əməliyyatlar keçirilib. Polis bunun "Ndrangheta"ya qarşı indiyədək ən böyük əməliyyat olduğunu bildirib. 10 fərqli ölkədə həyata keçirilən əməliyyatlarda 25 milyon avro ələ keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı