Ukrayna istədiyini aldı

Böyük Britaniya Ukraynaya uzaq mənzilli “Storm Shadow” qanadlı raketləri verib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles deyib. Bununla da, Britaniya, Kiyev administrasiyasına daha uzun mənzilli silahlar verən ilk ölkə olub. Britaniyanın müdafiə naziri bildirib ki, bu raketlər Ukraynaya Rusiyanın davam edən vəhşiliklərinə qarşı özünü müdafiə etmək üçün yaxşı imkan verir. O bildirib ki, Ukrayna bu raketlər sayəsində Rusiya ordusunu öz suveren ərazisindən çıxara bilər.

Qeyd edək ki, “Storm Shadow” havadan buraxılan qanadlı raketlər 250 kilometrdən çox mənzilə malikdir .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı