“Bu gün evə gələcəkdi” - Şəhid Orxanın atası DANIŞDI / VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb.

Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş:

“2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün gələcəkdi, dedi ki, sabah gələcək".

E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı