"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxt olmadığı üçün mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə Ntv spor məlumat verib. Məlumata görə, "Real Madrid" Avropaya qayıtmaq istəyən portuqaliyalı ulduz üçün təklif göndərib. Bildirilir ki, İspaniya nəhənginin prezidenti Florentino Peres Ronaldonun kluba futbolçu kimi yox, komandanın səfiri kimi qayıtmasını istəyir. 38 yaşlı futbolçunun bu təklifə necə cavab verəcəyi maraq doğurur. Ronaldo təklifi qəbul edərsə, futbolçu karyerasına son qoymalıdır.
Qeyd edək ki, Kriştiano Ronaldonun Avropaya qayıtmaq istədiyi irəli sürülür.