Bu imtahanın nəticələri AÇIQLANDI

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayın 14-də keçirilən imtahanın nəticələri elan olunub.

Metbuat.az xəbər verir ki, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 242 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 22, BB2 altqrupu üzrə 48, BB3 altqrupu üzrə 52, BB4 altqrupu üzrə 54 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 may saat 10:00-dan 18 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı