Ərdoğandan növbəti turla bağlı AÇIQLAMA

“Biz Cümhur İttifaqı olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu dəstəkləyənlərə öz minnətdarlığını ifadə edərkən bildirib. Dövlət başçısı öz “Twitter” hesabında növbəti mərhələ ilə bağlı çağırış edib:

“Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, əzmkarlığınıza və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yol yoldaşları verib. Artıq mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır. Sizə güvənirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı