Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 24 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 678 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 324 nəfər müalicə olunaraq sağalıb, hazırda 86 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 396, bu günə qədər isə ümumilikdə 7 606 257 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 100 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 300 olub.