YAP Gəncə şəhər təşkilatına yeni sədri təyin olundu

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

Metbuat.az xəbər verirki, iclasın gündəliyində duran məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatına yeni sədrin təyin olunması olub. İclasda darə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bu ilin mart ayında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı