Neymar bu klubda oynamaq istəyir - Özü təklif göndərdi

PSJ-nin futbolçusu Neymar mövsümün sonunda “Barselona” klubuna qayıtmaq istədiyini bildirib.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, futbolçu istəyini “Barselona” rəhbərliyinə çatdırıb. Klub Neymarın istəyini rədd etməyib. İddialara görə, Neymara gözləmək tövsiyyə edilib. Neymar “Barselona”ya transfer olmaq üçün məvacibini azaltmağa hazırdır. Həmçinin qeyd edilir ki, “Barselona” Lionel Messiyə 25 milyon avro məvacib təklif edib. Messiyə təklif edilən müqavilənin 2 mövsümlük olduğu deyilir.

Qeyd edək ki, Neymar PSJ-yə “Barselona”dan transfer olub. PSJ onun üçün 222 milyon dollar ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR