Ermənistan ordusunda hərbçilər narkotikə qurşanıb

“Narkotiklər artıq Ermənistanda məktəb və universitetlərdə satılır”.

Metbuat.az Ermənistan mediasına istinadən xəbər verir ki, Stanford universitetinin nümayəndəsi Artur Xaçikyan “Ermənistanda narkomaniya” mövzusunda keçirdiyi mətbuat konfransındakı çıxışında belə deyib. O bildirib ki, bunlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən müəyyən tədbirlər həyata keçirilsə də, narkotik alverçilərinin qarşısı alınmayıb. Xaçikyan bununla bağlı daha intensiv tədbirlərin həyata keçirilməsinə çağırıb.

“Hətta narkotikin orduda da yayıldığı barədə məlumatlar var. Bu, 16-17 yaşlı yeniyetmələr arasında da yayılır. Bu, əlbəttə ki, böyük fəlakətdir. Bu, millətimizin sonu ola biləcək bir fəlakətdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı