Təcili tibbi yardım maşını aşdı, ölən və yaralananlar var - VİDEO

Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər "TikTok" platformasında yayılıb.

DİN-dən verilən məlumata görə, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub. “Mercedes” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib. Təcili tibbi yardım maşınının sürücüsü və daha iki tibb işçisi isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR