Zəngilanda 2 tondan çox narkotik məhv edilib

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR