Ağır qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş - FOTO

Lənkəran rayonunun Sütəmurdov kəndində baş vermiş qəzanı törədən şəxsin kimliyi məlum olub.

Metbuat.az Cənublu.az-a istinadən xəbər verir ki, qəzanı törədən 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur.

Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

Qeyd edək ki, Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub.

Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, hadisə ilə bağlı ilkin yayılan məlumatda “Hyundai” markalı avtomobilin sürücüsü Əli Rufullazadənin hadisə yerindən qaçdığı bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı