​"Fənərbaxça" ulduz futbolçu ilə razılığa gəldi

"Fənərbaxça" "Barselona"da çıxış edən sağ cinah müdafiəçisi Serji Roberto üçün hərəkətə keçib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbaxça" sağ cinah müdafiəçi mövqeyində əsas oyunçu hesab edilən Ferdi Kadıoğlunun klubdan ayrılacağını nəzərə alaraq, iddialı transfer etmək istəyir. Serji Robertonun bir neçə mövqedə oynaya bilməsi Türkiyə təmsilçisinin diqqətini cəlb edir. Məlumata görə, Serji Roberto mövsümün sonundan klubdan ayrılacağına qərar verib. “Barselona”nın futbolçunun qərarına hörmətlə yanaşdığı qeyd edilir. Serji Robertonun "Fənərbaxça"ya keçməyə razılıq verdiyi irəli sürülür.

Qeyd edək ki, Serji Robertonun “Barselona” ilə 1 illik müqaviləsi qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR