"Barselona" bu ulduzu almaq üçün 3 futbolçusunu təklif etdi

"Barselona" "Vulverhempton"un futbolçusu Ruben Neveşi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Barselona" futbolçunun özü ilə razılıq əldə edib. İddia edilir ki, “Barselona” Ruben Neveş üçün Ansu Fatini üstəgəl müəyyən məbləğ təklif edib. “Vulverhempton" təklifə etiraz etməyib. Transferin baş tutması Ansu Fatinin qərarına qalıb.

Bildirilir ki, Ansu Fati etiraz etsə, “Barselona” yarımmüdafiəçi Abde Ezzalzouli və cinah müdafiəçisi Serjinyo Destandan mübadilə üçün istifadə edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR