Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan - Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az unikal.az-a istinadla xəbər verir ki, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.
Həyatını itirənlərdən biri 1982-ci il təvəllüdlü Zahir Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.