13 yaşlı qızı qaçıran şəxs barəsində cinayət işi başlandı

Xəbər verdiyimiz kimi, Tovuz rayon sakini, 13 yaşlı Ə.Tağıyeva Xaçmaz rayonuna qaçmış, daha sonra o tapılaraq ailəsinə təhvil verilmişdi.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, artıq onu qaçıran şəxs barəsində cinayət işi başlanıb: "Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir".

Qeyd edək ki, S.Kavazov dünən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, qızın mütəmadi olaraq mesajlaşdığı oğlanla onu qaçıran şəxs fərqli adamlardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı