Naxçıvandakı güclü yağışla bağlı AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün Naxçıvan şəhərində güclü yağış yağması ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, dünən axşam və bu gecə Naxçıvan MR-da leysan xarakterli yağış yağıb, şimşək çaxıb, dolu düşüb.

O bildirib ki, düşən yağıntının miqdarı Naxçıvanda 37.0 mm (aylıq normanın 94%-i), Şahbuzda 5.0 mm, Ordubadda 2.0 mm-dək olub: "Ötən gün saat 18:40 radələrində Naxçıvanda diametri 6 mm olan dolu düşüb: “Ötən gün Naxçıvanda qərb küləyi arabir 20 m/s-dək güclənib. Havanın temperaturu Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 22-26° isti, yüksək dağlıq ərazilərdə 11°-dək isti, aran rayonlarında 33°-dək isti olub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı