Ənvər Vəliyev vəfat etdi

Bədii qiraət ustası, Əməkdar müəllim Ənvər Vəliyev bu gün vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə aktyorun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Ə. Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub, əslən Xızının Əngəlan kəndindəndir. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub,1960-cı ildə məktəbi qızıl medalla bitirib.

Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin İnstitutu bitirmişdir.İnstitutda saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirib. O, həmçinin 10-dan çox filmdə aktyor kimi rol alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR