“Gürcüstan və Ermənistanla müqayisədə bizdə qiymətlər aşağıdır” - Ekspert

“Starlink” peyk interneti artıq Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir, məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu - ən azından Gürcüstan və Ermənistanla müqayisədə bizdə qiymətlər aşağıdır.

Metbuat.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli feysbuk hesabında bildirib.

O qeyd edib ki, azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər:

"Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib. Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat)".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı